Masallida 3500 ağac əkilib
14 mart 2015 22:46 (UTC +04:00)

Masallida 3500 ağac əkilib

Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla Əliyevanın  təşəbbüsü ilə yaradılan Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq və  İctimai Maarifləndirmə Kampaniyası çərçivəsində  martın 14-də Masallıda növbəti  ağacəkmə iməciliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun bütün idarə, müəssisə və təşkilatların əməkdaşlarının, yerli ictimaiyyət nümayəndələrinin qatıldığı iməcilik Masallı  şəhəri ilə yanaşı, rayonun bütün yaşayış məntəqələrini əhatə edib. Aksiya çərçivəsində əkin üçün ayrılan sahələr  yararlı vəziyyətə gətirilib. Ümumilikdə gün ərzində rayon ərazisində yerli şəraitə uyğun 3500-ə yaxın   ağac əkilib. Əkilən tinglər suvarılıb, onların qorunması üçün mühafizə  zolaqları çəkilib.

 

İməcilk zamanı həmçinin əvvəllər əkilən  ağac və bəzək kollarına, yaşıllıqlara  da qulluq göstərilib, park və xiyabanlarda səliqə-sahman yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar