Magistraturaya və rezidenturaya ərizə qəbulu başa çatır
20 fevral 2014 10:24 (UTC +04:00)

Magistraturaya və rezidenturaya ərizə qəbulu başa çatır

Bu gün magistraturaya və rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başa çatır. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu gün saat 10:00-a olan məlumata görə, magistraturaya 21701 nəfər, rezidenturaya isə 1265 namizəd ərizə verib.

Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də, ikinci mərhələsi isə mayın 25-də keçiriləcək. Proqram seçimi mayın 1-dən 5-dək, ixtisas seçimi isə mayın 29-dan iyunun 1-dək olacaq.  

Rezidenturaya isə qəbul imtahanları isə martın 30-da (I mərhələ) və iyulun 27-də (II mərhələ) keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893

Oxşar yazılar