“Magistraturanın plan yerləri ötən illə müqayisədə 5% azalıb. Belə ki, bu il magistraturaya qəbul planı 6565 yerdir”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib.
Komissiya sədri qeyd edib ki, magistraturaya qəbul planının azalmasında narahatedici heç nə yoxdur: “Keçən il magistraturaya qəbul planı 6964 idi, lakin cəmi 5500 nəfər qəbul olundu. Plan yerinə yetirilmədi və yerlərin bir qismi boş qaldı. Bu il isə magistratura səviyyəsi üzrə 38 universitet üçün 6565 plan yeri ayrılıb. Əsas yenilik odur ki, növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə qiyabi təhsil formasına plan yerləri ayrılmayıb. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universitetində plan yerlərinin sayı azalıb. Bəzi universitetlərdə isə plan yerlərinin sayında cüzi artım (3%) qeydə alınıb. Bu məlumatlar “Magistr” jurnalının 4-cü sayında yerləşdirilib”.
M. Abbaszadə onu da vurğulayıb ki, 2014-2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə 38 111 plan yeri ayrılıb. Növbəti tədris ili üçün ali məktəblərə qəbul planının 3,95 %, yaxud 1449 yer artdığını deyən TQDK sədri qeyd edib ki, müxtəlif hərbi və xüsusi təyinatlı məktəblər istisna edilsə, I qrupda plan yerlərinin sayında artım təxminən 4%, II qrupda təxminən 7%, III qrupda artım 0,5%, IV qrupda artım 0,8%-dir. Onun sözlərinə görə, qəbul planında dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 1, 26% artıb: “Bu il I ixtisas qrupunda dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 7% artıb, II qrupda 35% azalıb, III qrupda 7% artıb, IV qrupda təxminən 8% artıb. Əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlər üzrə olur. Yeni tədris ili üçün ali məktəblərə qəbul planı tərtib edilərkən Təhsil Nazirliyinin razılığı və universitetlərin xahişi ilə müəyyən ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə plan yerləri ayrı verilib. Buna görə də həmin ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə müsabiqə ayrı-ayrılıqda aparılacaq. Keçən il isə əksər ixtisaslarda müsabiqə birgə aparılırdı. Müsabiqə birgə aparıldıqda onlar üçün qrupların formalaşdırılması çətin olur. Ancaq müəyyən universitetlər bununla razılaşmayaraq plan yerlərini rus və Azərbaycan bölmələri üzrə birgə veriblər”.

Magistraturaya qəbul planı 5 faiz azalıb
Oxşar yazılar

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35