“”Ali məktəblərin magistratura pilləsinə qəbul olunan 5765 nəfərin 2678-i (46.45%) daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, artıq qeydiyat müddətinin bitməsinə 3 gün qalıb: “Qeydiyyat iyulun 12-də başa çatacaq. Lakin hələ də 3087 nəfər qeydiyyatdan keçməyib. Adətən bakalavrlar qeydiyyat prosesini son günlərə saxlamağa üstünlük verirlər. TQDK bir daha bakalavrlara tövsiyə edir ki, daxil olduqları ali məktəblərdə vaxtında qeydiyyatdan keçsinlər”.
E. Nağızadə deyib ki, bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.