Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bakalavrlar öz imtahan nəticələrini iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Nəticələr TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.
İmtahan martın 2-də Bakı, Naxçıvan, Gəncə, Lənkəran şəhərləri ilə yanaşı, ilk dəfə olaraq Mingəçevir və Şəki şəhərlərində keçirilib. İmtahanın aparılması üçün 39 imtahan mərkəzi ayrılıb.