Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura səviyyəsinə sənəd qəbulunun müddətini uzadıb. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib,
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə TQDK tərəfindən elan olunmuş ərizə qəbulunun son müddəti 21 fevral saat 12:00-dək uzadılıb.
Bakalavrlar həmin vaxta qədər elektron ərizələrini doldurub təsdiq etməlidirlər.
Qeyd edək ki, magistraturaya ərizə qəbulu bu gün saat 17.00-da başa çatmalı idi.