2013-ci ildə ali məktəblərin magistratura səviyyəsinə ümumilikdə 6794 plan yeri ayrılıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bunlardan 4474 yer (65.85 faiz) Azərbaycan bölməsi, qalan 1669 yer (24.57 faiz) isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. 2012-ci illə müqayisədə ötən il magistraturaya qəbul planı 12.88 faiz (775 yer) artırılıb.
Dövlət sifarişi əsasında qəbul aparılan 2320 yer qəbul planının 34.15 faizini təşkil edib. Qəbul planı üzrə yerlərin 5780-i dövlət, 1014-ü isə özəl ali məktəblərin payına düşüb. Ötən il magistraturaya ən çox qəbul planı İqtisad Universitetinin payına düşüb.
İqtisad Universitetinin magistraturasına ayrılmış qəbul planı bu təhsil müəssisəsinin bakalavriat səviyyəsi üzrə qəbul aparılmış plan yerlərinin 45.85 faizinə bərabərdir. Bu həmin ali məktəbdə magistr hazırlığının eyni zamanda müxtəlif beynəlxalq layihələr əsasında aparılması ilə bağlıdır.