Hacıqabulun və Qaradağın bəzi yerlərinə içməli suyun verilməsi 30 saat dayandırılacaq
Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə əlaqədar Kür su kəmərləri sisteminin Qaradağ rayonu Ələt qəsəbəsi yaxınlığından keçən hissəsində magistral xətlərdən birinin yeri dəyişdirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar sabah saat 00:00-dan başlayaraq Hacıqabulun və Qaradağın bəzi yerlərinə içməli suyun verilməsi 30 saat dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.