Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir
04 iyun 2019 11:50 (UTC +04:00)

Gəncə-Gürcüstan sərhədi avtomobil yolu genişləndirilir

“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.
 
Bu barədə Lent.az-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində avtonəqliyyat vasitələri ilə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son 15 ildə I texniki dərəcəli yolların uzunluğu 8 dəfəyə qədər artaraq 890 km təşkil edir.
 
Prezident İlham Əliyev beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna daha 2 hərəkət zolağı əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsini daim diqqət mərkəzində saxlayır. Çünki həmin avtomobil yolu beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.
 
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsi müxtəlif illərdə I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə magistral yolun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar