Lənkəranda yeni körpü tikilib
04 sentyabr 2014 11:29 (UTC +04:00)

Lənkəranda yeni körpü tikilib

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni trassa üzrə layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən Lent.az-a verilən məlumata görə, başlanğıcını Masallı-Astara avtomobil yolunun 31+775-ci km-dən götürməklə  31+972-ci km-də başa çatır. Uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir.

Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilmiş tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yolları ilə yanaşı, alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar da inşa olunub. 4 hərəkət zolağı üçün nəzərdə tutulan körpüdə son tamamlanma işləri həyata keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800
avatar

Oxşar yazılar