APA-nın cənub bürosunun məlumatına görə, sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunan körpünün dayaq və tavan hissələrində yaranan qəza vəziyyəti onun yenidən təmir olunmasına səbəb olub. Körpünün qəza vəziyyətinə düşməsinin digər bir səbəbi isə iri tonnajlı ağır yük maşınlarının intensiv olaraq onun üstündən keçməsidir. Hazırda sözü gedən yolla nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və maşınlar indi alternativ yol kimi Lənkəran-Boradigah və Boradigah-Masallı şosesindən istifadə edirlər.
Körpünün əsaslı təmir-bərpa işlərinə “Körpü-Bina” Tikinti Şirkətinin ağır texnikaları və 60-a yaxın canlı qüvvəsi cəlb olunub. Təmirin bir həftə ərzində başa çatdırılması nəzərdə tutulub.