Lənkəran Dövlət Universitetinin yeni korpusunun açılışı keçirilib
16 sentyabr 2016 10:26 (UTC +04:00)

Lənkəran Dövlət Universitetinin yeni korpusunun açılışı keçirilib

0

 

Sentyabrın 15-də Lənkəran Dövlət Universitetinin əsaslı təmir edilmiş 2 saylı tədris korpusunun açılışı mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru Natiq  İbrahimov yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik edərək, elm və təhsildə onlara yeni uğurlar arzulayıb. O bildirib ki, 25 illiyini qeyd etməyə hazırlaşan Lənkəran Dövlət Universiteti Azərbaycanın qabaqcıl ali məktəbləri sırasındadır. Yeni dərs ilində səkkiz yeni ixtisas, həmçinin Aqrar və mühəndislik fakültəsi fəaliyyətə başlayıb. Universitetdə 38 ixtisas üzrə 2599 tələbə, o cümlədən 41 magistrant təhsil alır, 723 gənc ilk dəfə auditoriyalara tələbə kimi qədəm qoyub. Onların arasında 500 və daha çox bal toplayan tələbələr var.

 

Təhsil nazirinin müavini Ceyhun  Bayramov çıxış edərək ölkədə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, dövlət başçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib. Bilik günü münasibətilə professor-müəllim heyətini və tələbələri təbrik edən nazir müavini LDU qarşısında daha mühüm vəzifələr qoyub, 25 illik şərəfli yol keçən universitet kollektivinə yeni uğurlar arzulayıb. Tədbirdə Universitetə Xarici dil (İngilis dili) müəllimliyi ixtisasına 615 balla qəbul olunmuş tələbə Aytac Bağırzadə mükafatlandırılıb.

Yeni tədris korpusunun açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar universitetin auditoriya, müasir avadanlıqlarla təchiz olunmuş fənn kabinetləri və laboratoriyalarla tanış olublar.

    

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 459

Oxşar yazılar