Küçə adları və reklamlara nəzarət sərtləşəcək
10 aprel 2013 11:44 (UTC +04:00)

Küçə adları və reklamlara nəzarət sərtləşəcək

0

 

Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının qorunmasına nəzarət sərtləşəcək.

Lent. az-ın verdiyi məlumata görə, bu, Prezident İlham Əliyevin aprelin 9-da imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ında yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Əm­lak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr 2013 -2015-ci illərdə küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin nor­­malarının pozulması hallarının qar­şı­sını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1495

Oxşar yazılar