Konstitusiya: fəlsəfə, yoxsa hüquq?
Orxan Rzayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının məsləhətçisi, məhkəmə iclaslarının katibi
Tural İsmayılov - tədqiqatçı jurnalist
- 1995-ci il noyabrın 12-də Ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.
- 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
- Azərbaycanın birinci Konstitusiyası 1921-ci il, yeni redaksiyası 1925-ci ildə qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ulu öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
- Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Konstitusiyaya ilk əlavə və dəyişiklik 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 2016-ci ildə referendum yolu ilə edilib.
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
- Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Milli Məclisi, Nazirlər Kabineti, Ali Məhkəməsi, prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, məhkəmələr, vətəndaşlar və Ombudsman şikayət verə bilər.
- Bu gün Azərbaycanın dünya birliyində aparıcı rola malik olması ölkəmizin sürətli inkişafı ilə bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci, 2009-cu və 2016-cı illərdə edilən əlavə və dəyişikliklər ölkəmizin dinamik inkişafı, cəmiyyətdəki müsbət dəyişikliklər nəticəsində Əsas Qanunun dövrün tələblərinə uyğunlaşdırılması zərurətindən irəli gəlib.
Tural İsmayılov - tədqiqatçı jurnalist
- İlkin dövlətlərin formalaşması insanların birləşmə arzularından törəyirdi. İnsan daha əvvəlki kimi ayrı-ayrı qrup idarəçiliyində yaşamağın çətinlikləri ilə barışmaq istəmir və onların rifahını təmin edəcək daha sistematik bir idarəetmə metodu axtarmağa başlayır.
- Dövlətin yaranmasına qədər insanlar haqlarının mənalarını ya anlamır, ya da hüquq haqqında az da olsa, təsəvvürlərə malik deyildi. Hüquqi məsuliyyət hissinin çiçək açması ilə qorumaq vəzifəsi də formalaşdı. Qustav Lebon izah edir ki, hüquq həm də məsliyyətin özü deməkdir.
- Hüquq varsa, onu qoruyan mexanizm də olmalı idi. Qoruyucu mexanizm də şübhəsiz ki, hüquq külliyatını özündə cəmləşdirən qanunlar toplusunun formalaşması ilə ortaya çıxırdı.
- Hüquq və qanunların dərkini vacib sayan insanlar indi daha rahat nəfəs alırdılar. İnsan başa düşürdü ki, heç kimin haqqı qəsb oluna bilməz və deməli, qanunlar qarşısında cavabdehlik hissi var.
- Dövlət Hegelin iddiya etdiyi kimi, heç də “mənəvi ideyanın gerçəkliyi”, “zəkanın surəti və gerçəkliyi” deyildir. Dövlət müəyyən inkişaf pilləsində cəmiyyətin məhsuludur.
- Dövlət bunun etiraf edilməsidir ki, həmin cəmiyyət öz həlledilməz ziddiyəti içərisində dolaşıb qalmışdır, o, elə barışmaz əksliklərə parçalanmışdır ki, bunlardan xilas olmağa acizdir.
- Xalqımızın dövlətçilik ruhunda tərbiyə olunması iyirminci əsrdə Qərbi belə heyrətləndirən demokratik Azərbaycan Xalq Cümhuriyyəti ilə yekunlaşmışdı. Və 70 illik əsarətdən sonra xalqın tarixi şüurunun və dövlətçilik ruhunun dirçəlməsi ilə Azərbaycan müstəqil dövlətçilik missiyasına yenidən sahib olmuşdur.
245