Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qış imtahan sessiyasının gedişi ilə bağlı mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, universitetin tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov tədbirdə çıxış edərək bildirib ki, adi çəkilən ali məktəbdə 2006-cı ildə imtahan prosesində insan faktoru aradan qaldırılıb. Hazırda Universitetdə böyük test bankı yaradılıb. Bu test bankında hər fənn üzrə üzərində işlənilmiş 700 test var. Həmin testlərin cavabları da tələbələrə verilir. Burada məqsəd tələbələri imtahan suallarının cavablarını oxumağa məcbur etməkdir.
M. Cəbrayılovun sözlərinə görə, Azərbaycanda kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb ADPU olub. İmtahanın nəticələri həmin gün elan olunaraq dekanlıqlara göndərilir. Universitetdə hətta dövlət imtahanları da kompüter texnologiyaları vasitəsilə keçirilir.
ADPU-nun prorektoru onu da deyib ki, hər fakültədə ixtisas müəllimlərinin daxil olduğu münaqişə komissiyası, bütün universitet üzrə isə imtahan qərargahı fəaliyyət göstərir.
Kompüter texnologiyalarını imtahanlarda tətbiq edən ilk ali məktəb
1663