Komitə sədrinin müavini: “QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, amma səmərəli xərcləmirlər”
06 iyun 2013 12:54 (UTC +04:00)

Komitə sədrinin müavini: “QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, amma səmərəli xərcləmirlər”

“Uşaqların internet klublara cəlb olunması, uşaqların erkən yaşda nikaha cəlb edilməsi ciddi problemdir”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün Beynəlxalq Miqrasiya Təşkilatı “İnsan alverinə qarşı mübarizə aylığı” çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli QHT Forumu ilə birgə “İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək” mövzusunda keçirilən Dəyirmi Masada aparılan müzakirələr zamanı Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva söyləyib.

 

Aynur Sofiyeva uşaqlarla bağlı problemlərin həllinə QHT-lərin cəlb edilməsini vacib sayıb. Onun sözlərinə görə, bəzən QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, ancaq bu maliyyəni səmərəli xərcləmir, yerli icra qurumları ilə əməkdaşlıq etmirlər.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak isə bildirib ki, rayon icra qurumlarının uşaqların problemlərini diqqət mərkəzində saxlaması lazımdır: “Ancaq elə məsələlər var ki, rayon icra qurumları bilmir, məhz QHT-lər bilirlər. Azərbaycanda QHT-lərə uşaq hüquqlarının müdafiəsi ilə bağlı hansı həcmdə qrant ayrılırmı, bu qrantların statistikası aparılırmı?”. 

Aynur Sofiyeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının uşaqların müdafiəsi ilə bağlı qrantlar ayırdığını nəzərə çatdırıb. O, İnternet təhlükəsizliyi ilə bağlı monitorinqlər keçirildiyini bildirib: “Toplanan materialların araşdırılması aparılır. Bu araşdırmanın nəticələri əsasında təkliflər hazırlanacaq. Bu təkliflərlə ailələrə, dövlət qurumlarına yönəlik məsələlər olacaq. Dövlət Komitəsi bu sahədə Türkiyə təcrübəsini də öyrənir. Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə də əməkdaşlıq edir”.      

Aynur Sofiyeva valideyn məsuliyyətinin artırılması ilə bağlı hazırlanan qanun layihəsində vacib məqamların olduğunu da vurğulayıb: “Məsələn, uşaq küçədə aşkar edilir, Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının xətti ilə uşaq ailəsinə qaytarılır. Sabah yenə də həmin uşağın küçə həyatı yaşadığı məlum olur. Layihədə belə valideynlərə qarşı cərimələr, inzibati tədbirlər nəzərdə tutulur”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  əməkdaşı Pərviz Əliyev monitorinq aparılan internet klubların rəhbərlərindən dərs zamanı uşaqların kluba daxil olmasına icazə verilməməsini xahiş etdiklərini bildirib: “Biz internet klublarda bununla bağlı lövhə asılmasını təklif edirik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar