“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib
22 iyun 2024 11:59 (UTC +04:00)

“Dövlət qulluqçularının peşə bayramı” münasibətilə Baş Prokurorluqda tədbir keçirilib

23 iyun – Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Baş Prokurorluqda baş prokurorun rəhbərliyi ilə prokurorluğun dövlət qulluqçuları və veteran dövlət qulluqçularının iştirakı ilə tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə çıxış edən baş prokuror Kamran Əliyev Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolunu və xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil və müasir dövlət qulluğu sisteminin yaradıldığını, “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli Qanun da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktlarının qəbul edildiyini, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun tarixinin ölkəmizdə Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildiyini diqqətə çatdırıb.

Çıxış zamanı ölkədə dövlət qulluqçularının sayının 27 min nəfər olduğu və onların 29,7 faizini qadınların təşkil etdiyi, həmçinin prokurorluq orqanlarında 642 nəfər dövlət qulluqçusunun fəaliyyət göstərdiyi, həmin şəxslərdən isə 32,9 faizini qadınların təşkil etdiyi qeyd olunaraq ölkə başçısı tərəfindən dövlət qulluqçularına göstərilən xüsusi diqqət və qayğıya, həmçinin Möhtərəm Prezidentin dövlət qulluqçularının fəaliyyətində müəyyən etdiyi prinsiplərə toxunulub.

Tədbirdə Baş prokuror tərəfindən peşə bayramı ilə əlaqədar müvafiq əmrlə təltif edilmiş 24 dövlət qulluqçusu və 4 prokurorluq orqanlarında çalışmış veteran dövlət qulluqçularına hədiyyələr təqdim edilib.

Dövlət qulluqçuları və veteranlar göstərilən diqqət və qayğı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Leysan, dolu, sel   XƏBƏRDARLIĞI

Leysan, dolu, sel XƏBƏRDARLIĞI

27 iyun 2024 , 17:32
Baş Prokurorluq işəgötürənlərə  müraciət etdi

Baş Prokurorluq işəgötürənlərə müraciət etdi

27 iyun 2024 , 17:20
Natiq Qasımovun anasına Prezident təqaüdü  təyin edildi

Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi

27 iyun 2024 , 16:49
Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

Nazirin imtahandan kəsilən müəllimləri - REPLİKA

27 iyun 2024 , 16:47
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

27 iyun 2024 , 16:21
Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

Astarada müəllimlərlə bağlı BİABIRÇI NƏTİCƏ

27 iyun 2024 , 15:16
Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

Azərbaycanda külək ağacları kökündən qopartdı - FƏSADLAR

27 iyun 2024 , 13:45
Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

Azərbaycanda küləklə bağlı SARI XƏBƏRDARLIQ

27 iyun 2024 , 13:19