Komitə sədri: “Vətəndaşlara tikilməmiş binanın mənzilləri satılır”
19 fevral 2014 14:18 (UTC +04:00)

Komitə sədri: “Vətəndaşlara tikilməmiş binanın mənzilləri satılır”

“Qeydiyyat sistemi layihəsində daşınmaz əmlakla bağlı bütün məsələlər öz əksini tapıb”. Lent.az-ın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib. O təzə tikilən binaların qeydiyyata alınması sahəsindəki mövcud problemə də aydınlıq gətirib: “Bəzən elə olur ki, bir şirkət binanı tikməmiş mənzilləri vətəndaşlara satır, tikinti şirkəti hətta sənəddə onlara mənzillərinin ünvanını da göstərirlər. Lakin  həmin bina ümumiyyətlə tikilmir. Yəni tikilməmiş binanın mənzilləri vətəndaşlara satılır”.

 

Komitə sədri vurğulayıb ki, bundan sonra yalnız faktiki mövcud binalar qeydiyyata alınacaq”.

 

K. Həsənov onu da qeyd edib ki, ötən il 200 minə yaxın daşınmaz əmlak qeydiyyatdan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035

Oxşar yazılar