“Komitə olaraq Suraxanı rayonunda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində baş verən hadisə diqqətimizdədir”.
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, hazırda bununla bağlı komissiya yaradılıb və onlar 7 nömrəli xüsusi internat məktəbinə cəlb olunublar: “Əgər kimsə orada cinayətə yol veribsə, əlbəttə ki, o insanlar cəzalandırılacaq. Bu işlə hazırda hüquq-mühafizə orqanları məşğul olur. Hər hansı bir uşağa təzyiq olunubsa, aidiyyatı orqanların tədbir görəcəyinə əminəm”.