<b>KİVDF-nin Müşahidə Şurasının üzvləri seçilib - <span style="color:red;">SƏRƏNCAM  </b>
05 iyun 2017 18:34 (UTC +04:00)

KİVDF-nin Müşahidə Şurasının üzvləri seçilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə,  sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvləri təyin ediliblər: 

Dövlət orqanlarından:

Quliyev Cəmaləddin Həsən oğlu

-

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri

Həsənov Rasim Aydın oğlu

-

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin mətbu nəşrlər üzrə qrupunun rəhbəri

Hümbətov İntiqam Rəsul oğlu

-

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri

 Kütləvi informasiya vasitələrindən:

Həsənov Həsən Zal oğlu

-

“Xalq qəzeti”nin baş redaktoru

Hüseynov İlqar Məmməd oğlu

-

“Trend” İnformasiya Agentliyinin baş direktoru

Quliyev Bəhruz Vaqif oğlu

-

“Səs” qəzetinin baş redaktoru

Jurnalist təşkilatlarından:

Əskərov Ramiz Baxşəli oğlu

-

Azərbaycan Jurnalistlər Birliyinin baş katibi

Mirzəyev Ayaz Nizami oğlu

-

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri

Rüstəmov Əvəz Cahangir oğlu

-

“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar