Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Qurumdan Lent.az-a daxil olan məlumata görə, iclasda iki məsələ - "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi edilib.
Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə 45 əsas, 15 həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq icraçı direktor, Konsepsiya üzrə 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif edib.
Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün Müşahidə Şurasının üzvlərinə və redaksiyalara təkliflərini təqdim etmək üçün müraciət olunduğunu bildirib. Əldə edilmiş təklif və rəylər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.
Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri "31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdirdilər.
İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı, müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildirdilər. Qərara alındı ki, Müsabiqə müddəti ərzində telekanallarda və müxtəlif KİV-lərdə maarifləndirmə işləri aparılsın.
"31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi”nin şərtləri və istiqamətləri aşağıdakı kimidir: