Kitab nəşrində piratçılığın səviyyəsi düşüb
20 fevral 2014 12:42 (UTC +04:00)

Kitab nəşrində piratçılığın səviyyəsi düşüb

“Azərbaycan piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir.


 

 Görülən tədbirlər nəticəsində ölkədə kitab nəşrində piratçılığın səviyyəsi 2005-ci illə müqayisədə 61%-dən 30%-ə, audio-video məhsul bazarında 90%-dən 67%-ə, proqram təminatında 96%-dən 87%-ə düşüb”.

 

APA-nın xəbərinə görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “İnternetdə müəllif hüquqları: perspektivlər və problemlər” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib. O bildirib ki, ötən il 13 müəllifin 21 əsəri elektron qaydada qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib.

 

K.İmanovun sözlərinə görə, 1996-cı ildən indiyədək agentlikdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib: “Araşdırmalar göstərir ki, davamlı inkişaf Solou iqtisadi-riyazi modelində texnoloji tərəqqi və insan bilikləri göstəricisi son 10 ildə 13% artaraq 22%-ə qədər yüksəlib. Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan “kreativ iqtisadiyyat”ın ölkənin ÜDM-dəki payı 2003-cü ildə 2,1%-dən artaraq 2012-ci ildə 4,6%-ə çatıb və hazırda inkişaf etmiş ölkələr sırasındadır. Son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur”.

 

K. İmanov qeyd edib ki, Dünya İqtisadi Forumunun (DİF) Rəqabətlilik Hesabatında rəqabətlilik indeksinə görə Azərbaycan 39-cu yerdədir. Onun sözlərinə görə, ölkənin “insan kapitalı” indeksinə görə 64-cü, innovasiya göstəricisinə görə 51-ci, “texnoloji səviyyəsinə” görə 50-ci, “innovasiya potensialı” komponentinə görə 35-ci, “qabaqcıl texnologiyaların dövlət satınalmasına” görə 14-cü yerləri tutub: “Bunlar da MDB məkanında lider mövqelərdir. Azərbaycan İnternetin sürətinə görə də Mərkəzi Asiya və MDB ölkələri arasında lider sırasındadır. İnternetin əlçatımlılığına görə 20-ci, sosial şəbəkələrdə fəallığa görə isə 41-ci yerdəyik”.

# 336
avatar

Oxşar yazılar

Bakının ən böyük prospektində  hərəkət məhdudlaşdırılır

Bakının ən böyük prospektində hərəkət məhdudlaşdırılır

30 may 2024 , 10:24
Bu rayonların qazı kəsiləcək

Bu rayonların qazı kəsiləcək

30 may 2024 , 09:45
DİQQƏT:  Bu yollar tıxacdır

DİQQƏT: Bu yollar tıxacdır

30 may 2024 , 08:57
Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58