Kimyaçılar kütləvi müayinə olunur
18 dekabr 2012 18:51 (UTC +04:00)

Kimyaçılar kütləvi müayinə olunur

«Azərikimya» İstehsalat Birliyinin təklifi üzrə kimyaçıların kompleks müayinə olun­ması və müalicəsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının geniş tərkibli həkim briqa­da­sının iştirakı ilə Sumqayıtda sağlamlıq aksiyasının növbəti mərhələsi başlanılıb. İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tibb işçilərinin 15 nəfər­dən ibarət bir qrupu bütün həftə ərzində kimyaçılara kompleks tibbi xidmət gös­tərəcəklər. Terapevt, nevropa­toloq, kardioloq, oftalmoloq və cərrahlar ötən ilin ortalarında Etilen-polietilen zavodunun ərazisində mövcud standartlar səviyyəsində inşa edilərək, ən müasir avadanlıqlarla təmin edilmiş «Kimyaçı» poliklinikasında müalicəyə ehtiyacı olan kimyaçıların kompleks müayinəsini həyata keçirəcək və onlara müvafiq müalicə təyin edəcəklər. Lazım bilindiyi halda bir qrup pasient üçün bilavasitə poliklinikada göz, burun-bogaz və digər cərrahiyyə əməliyyatları yerinə yetiriləcək.

 

Budəfəki aksiyanın ilk günündə artıq 100-ə yaxın əməkçi həkimlərin müayinəsindən keçib, müxtəlif xəstəlik simptomları ilə bağlı müvafiq analizlər aparılmış və müalicə təyinatları verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar