Bayramda Bakıda nələr olacaq?– GƏZƏ BİLƏCƏYİNİZ YERLƏR
19 dekabr 2013 22:35 (UTC +04:00)

Bayramda Bakıda nələr olacaq?– GƏZƏ BİLƏCƏYİNİZ YERLƏR

Yeni ilə saylı günlər qalır. Paytaxtda bayram ab-havası yaşanmaqdadır. APA TV-nin çəkiliş qrupu  şəhərdə yaşanan bayram əhval-ruhiyyəsini müşahidə edib.

 

Şəhərin bütün mərkəzi küçələrində şam ağacları qurulur. Fəvvarələr meydanında hündürlüyü 22 metr olan şam ağacı qurulur. Hökumət evinin qarşısında da hazırlıqlar gedir. Qurulan şam ağacının hündürlüyü 37 metr olacaq. Səməd Vurğun küçəsində dekorativ şam ağacı qurulub. Bu şam ağacı 300-dən artıq istifadə olunmuş butulkadan hazırlanıb. Hündürlüyü 7, diametri isə 4,2 metrdir.

 

Yeni il ərəfəsində Fəvvarələr Meydanında yarmarka təşkil olunub.

Bakıda "Soyuq əllər, isti ürək" adı altında təşkil edilən yarmarka yarmarka xeyriyyə məqsədi daşıyır. Yeni il ərəfəsində burada müxtəlif cür yeni il aksessuarları və başqa əşyalar satılır. Həmin əşyalardan yığılan pullar kimsəsiz uşaqlara sərf olunaca.

 

Satıcılar deyirlər ki, burda gənc rəssamların əl işlərini satılır. Alıcılar isə burada istədikləri kitabları, məhsulları daha ucuz qiymətə əldə edə bilirlər.

 

Yeni ili "Şaxta baba" və "Qar qız"sız təsəvvür etmək mümkün deyil. Bayram ərəfəsində Bakı şəhərində "Şaxta baba" olmaq istəyən vətəndaşların qəbuluna başlanılıb. Bu barədə APA TV-yə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib: "Müraciətlər bir qədər çox olub. Ancaq biz 17-ni dəyərləndirmişik. Artıq icazə 7 nəfərdən bir neçəsi verilən icazə əsasında fəaliyyətə başlayıb. Onlar müxtəlif yerlərdə fəaliyyət göstərirlər. Gələn ayın 13-nə qədər onlar öz fəaliyyətlərini davam etdirə biləcəklər".

 

Əlabbas Bağırovun sözlərinə görə, onların fəaliyyəti üçün dövlət rüsumu 60 manatdır: "Fotoqraf, "Qar qız" və "Şaxta baba" - bunlar bir heyət sayılır. Bunun üçün müraciət edənlərin sayı da eyni qədər olur. Şaxta baba 5 nəfər, qar qız 3 nəfər, yaxud fotoqraf 5 nəfər ola bilməz. Onlar stabil olaraq bir heyət sayılır. Onların müraciətləri bir yerdə daxil olur və biz bu halda icazələri veririk".

 

O bildirib ki, bayram ərəfəsində  bəzən qaçaqmalçılıq yolu ilə Azərbaycana pirotexniki məmulatlar, partlayıcı maddələr gətirilir və müxtəlif ticarət obyektlərində satılır. Bu da bayram ərəfəsində insanların rahatlığının pozulmasına səbəb olur. Bu maddələr daha çox əldə, metroların giriş çıxışlarında, insanların daha çox gur olduğu yerlərdə satılır: "Bayram günləri yaxınlaşdıqca bizim reydlərimiz daha intensiv xarakter alacaq və bu gün də biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Ötən illərlə müqayisədə bu sahədə böyük irəliləyiş var. Artıq o səslər azalıb. Sadəcə intensiv xarakter olan dövrü olur. Yəni bayram günlərində ayın 25-dən sonra daha intensiv şəkildə olacaq".

 

Əlabbas Bağırov əlavə edib ki, sakinlər keyfiyyətli yeni il aksessuarları və hədiyyələr almaq istəyirlərsə, əldə satılan məhsulları almasınlar.

 

Almaz Qasımova, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2104
avatar

Oxşar yazılar