Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək
25 oktyabr 2013 15:06 (UTC +04:00)

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək

Oktyabrın 26-27-də Bakı şəhərinin 7 rayonunda 9 ünvanda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılacaq.

 

Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və yarmarkada əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.

 

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

 

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

 

1. Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti

2. Xətai rayonunda “Bakı” kinoteatrının yanı

3. Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi

4. Nəsimi rayonunda “Təzə bazar”ın ərazisi, 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi

5. Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı

6. Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı

7. Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1067

Oxşar yazılar