Kəmaləddin Heydərov Qubaya gedəcək
25 fevral 2014 11:05 (UTC +04:00)

Kəmaləddin Heydərov Qubaya gedəcək

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 28-də Qubada vətəndaşların qəbulunu keçirəcək. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin  saytına istinadən verdiyi məlumata görə, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar