Kəmaləddin Heydərov Göygöldə qəbul keçirib
31 yanvar 2014 23:05 (UTC +04:00)

Kəmaləddin Heydərov Göygöldə qəbul keçirib

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirin qəbulunda Gəncə şəhərinin, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən və Samux rayonların sakinləri iştirak edib.

 

Nazirin dinlədiyi 32 nəfər vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 280, digər məsələlərlə bağlı müraciət etmiş 145 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar