Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edəcək
13 mart 2017 15:10 (UTC +04:00)

Kəmaləddin Heydərov Ağdaşda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov martın 17-də saat 11.00-da Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edəcək.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, qəbulda yalnız Mingəçevir və Naftalan şəhərlərinin, Ağdaş, Yevlax, Goranboy rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağdaş Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında martın 16-da saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar