Kəmaləddin Heydərov açılış etdi
07 may 2014 13:18 (UTC +04:00)

Kəmaləddin Heydərov açılış etdi

BU gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin açılışı olub. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib, burada təşkil olunmuş və ulu öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Nazir həmçinin şəxsi heyətlə də görüşüb, müvafiq  tapşırıq və tövsiyyələrini verib.     

FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi rayon Hissəsinin Abşeron rayonu Novxanı qəsəbəsindəki 1 saylı Bölməsinin istifadəyə verilməsi bu ərazidə yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və yanğın söndürmə tədbirlərinin operativ həyata keçirilməsini asanlaşdıracaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1466
avatar

Oxşar yazılar