

Keçmiş mətbuat katibi nazirlikdən ayrıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əvvəlki mətbuat katibi Zamirə Ədilova iş yerindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə onun özü məlumat verib. Z.Ədilova öz xahişi ilə işdən çıxdığını bildirib:

“Bu gün istər karyeramda, istərsə də şəxsi inkişafımda özünəməxsus rolu olan 11 illik iş yerimdən, nazirlikdən ayrıldım. Bu nazirlikdə böyüyərək, hər zaman, diqqət və qayğı görmüşəm. Elə bu nazirlikdən ayrılanda da bu qayğını ən yüksək formada gördüm. Yeni layihələrdə görüşmək ümidi ilə”.
Qeyd edək ki, bir həftə əvvəl nazirliyə yeni mətbuat katibi təyin olunub. Bu, tanınmış jurnalist və teleaparıcı Günel Gözəlovadır.
Bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Onu da bildirək ki, yeni təyinatdan sonra Z.Ədilova nazirlikdə media ilə işləyən mütəxəssis kimi fəaliyyətinə davam edib.
Oxşar yazılar

Öləndə insan beynində nə baş verir?
19 aprel 2025 , 10:56
Həftənin sonunda "Qara zolaq"a düşəcək BÜRCLƏR: Hönkür-hönkür ağlayacaqlar
19 aprel 2025 , 09:09
Daxili İşlər Nazirliyindən ÇAĞIRIŞ: Təcili yardıma yol ver! --VİDEO
18 aprel 2025 , 20:31
Elektron siqaretlə bağlı ilk ARAŞDIRMA: Dəhşətli NƏTİCƏLƏR
18 aprel 2025 , 20:15
Maqnit qasırğaları: həftə sonu üçün PROQNOZ
18 aprel 2025 , 19:46
Həftənin sonu dörd BÜRCƏ heyrətamiz uğur gətirəcək
18 aprel 2025 , 18:38
Kamran Əliyev Milli Aviasiya Akademiyasında mühazirə oxudu
18 aprel 2025 , 18:15