İmişli rayon İH-nin hazırkı başçısı Vilyam Hacıyev rayonun keçmiş icra başçısı, 2005-2010-cu illərdə bu rayondan Milli Məclisin deputatı olmuş İltizam Əkbərlini məhkəməyə verməsi ilə bağlı yekun qərar bəlli olub. Lent.az-ın məlumatına görə, icra başçısının məhkəməyə müraciət etməsinin səbəbi "Yeni Müsavat" qəzetinin 12.04.2013-cü il tarixli sayında dərc olunan "Sabiq deputatdan icra başçısına sərt ittihamlar" adlı yazı olub. İcra başçısı V.Hacıyev İ.Əkbərlidən onun şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən məlumatların təkzib edilməsini və 100 min manat təzminat tələb edib. Dünən keçrilən növbəti məhkəmə prosesində keçmiş deputat icra başçısının iddialarını alt-üst edən sənədlər ortaya qoyub. Belə ki, məhkəmə prosesində İltizam Əkbərli 4 videoçəkiliş olan disk və 61 ədəd fotoşəkili məhkəmə sədrinə təqdim edib. Bundan sonra məhkəmə Vilyam Hacıyevin iddiasını əsassız sayıb və İltizam Əkbərliyə bəraət qazandırıb. Tərəflər arasında barışıq olduğu bildirilir. avropa.info