Keçən il ölkəyə poçtla 58 mindən artıq telefon gətirilib
“Hansı nəqliyyatla gəlməsindən asılı olmayaraq, poçtla gəlsə belə biz idxal olunan məhsullar üzərində rəsmiləşdirmə aparırıq. Yalnız qanunla güzəşt tətbiq edilmiş hallar istisnadır. 18 faizlik əlavə dəyər vergisinin tətbiq edilməsi sırf Vergi Məcəlləsinə edilmiş dəyişikliklə bağlıdır”. Lent.az xəbər verir ki, bunu Gömrük Komitəsinin sədrinin birinci müavini Səfər Mehdiyev keçən ilin yekunları ilə bağlı keçirilən tədbirdə bildirib. O qeyd edib ki, həmin məhsulların vergi cəlbedilməsi tətbiq edilməklə gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Komitə sədri Aydın Əliyev isə əlavə edib ki, keçən il ölkəyə poçt vasitəsi ilə 58 mindən artıq telefon gətirilib.