Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 18 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. TQDK-dan Lent.az-a verilən xəbərə görə, imtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ keçidinə daxil olmaqla tanış ola bilər.
IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
|
Qiymət |
Fənlər üzrə düzgün cavabların sayı |
||
|
Ana dili |
Ana dili |
Riyaziyyat |
|
|
2 |
0-7 |
0-7 |
0-7 |
|
3 |
8-16 |
8-16 |
8-16 |
|
4 |
17-23 |
17-23 |
17-22 |
|
5 |
24-30 |
24-30 |
23-30 |
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
|
Qiymət |
Fənlər üzrə düzgün cavabların sayı |
||
|
Ana dili |
Ana dili |
Riyaziyyat |
|
|
2 |
0-7 |
0-7 |
0-7 |
|
3 |
8-17 |
8-17 |
8-16 |
|
4 |
18-25 |
18-25 |
17-24 |
|
5 |
26-30 |
26-30 |
25-30 |
TQDK 9 illik bazada kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırır ki, istər 9-cu sinfi bu il bitirən, istərsə də əvvəlki illərin məzunları üçün hər bir fənn üzrə abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Abituriyentin ümumi balı hər bir fənn üzrə topladığı balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.
İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.
Daha ətraflı məlumatlar 3 saylı "Abituriyent" jurnalında dərc olunub.