<b>İyrəndiyi üçün 117 qadını tikələrə ayıran adam -</b> <span style="color:red;">Dünyanın 10 ən amansız qatilindən biri
07 may 2018 09:53 (UTC +04:00)

İyrəndiyi üçün 117 qadını tikələrə ayıran adam - Dünyanın 10 ən amansız qatilindən biri

O, qazax əsilli olsa da, 1958-ci ildə Rusiya ərazisində doğulub. Anası milliyyətcə rus, atası qazaxdır. 117 qadının amansız şəkildə ölümünə fərman verib, sonra isə özü öz fərmanını icra edib. Qətlləri törədərkən “taxma diş”lərdən istifadə etdiyinə görə o, cinayət aləmində “metal fanq” ləqəbi ilə məşhurlaşır. 1980-ci ildə həbs olunarkən cəmi 32 yaşı vardı və “metal fanq” artıq 117 qadının amansız şəkildə öldürülməsini gerçəkləşdirmişdi. Amma dünyanın on ən amansız qatili sırasında yer almış bu şəxs cəmi yeddi cinayətə görə mühakimə olunurdu.

 

Nikolay Cumqalıyev kabusu...

 

“Metal fanq” ləqəbli Nikolay Cumqalıyev polisə ilk cinayəti barədə məlumat verərkən birinci dəfə 15 yaşında bir qadını öldürdüyünü, sonra onu tikələrə ayırdığını deyib. Sovet hüquq-mühafizə orqanlarının SSRİ-nin müxtəlif şəhərlərində törədilən silsilə cinayətlərin izini tapa bilməməsinin bircə səbəbi olub. Cumqalıyev hər cinayəti fərqli metodla, xüsusi “ilmələrlə” işləyirmiş.

 

“Qadınlardan iyrəndiyim üçün...”

 

Nikolay Cumqalıyev istintaqa ifadəsində yalnız qadınları qurban seçməsinin səbəbini “onlardan iyrənməsi, onları görəndə ətinin ürpəşməsi” ilə izah edir. Halbuki uşaq yaşlarında balaca Nikolay qız uşaqları ilə normal yola gedib. Ailədə üç bacısı olub və onlarla pis davranmayıb.

 

Ovçu Nikolayın qətlləri..

 

Cumqalıyev hərbi xidmətdən gəldikdən sonra hərbi yönümlü iş axtarırmış. Lakin müraciətlərinə baxmayaraq, ona bu yöndə iş tapılmır. Nikolay ruhdan düşmür və yanğınsöndürmə bürosunda özünə iş tapır. Boş zamanlarında isə ovçuluq edir. Meşədə ov edərkən yaxınlıqdakı həyət evindəki sarışın rus xanıma qarşı cinsi istəklərinin olduğunu hiss edir. O, bu istəyini vəhşiliklə yerinə yetirir. Əvvəlcə qadını boğaraq öldürür, sonra onunla cinsi əlaqədə olur. Daha sonra ətini hissələrə bölüb elə meşədəcə dadına baxır.

 

Restoranlara insan əti satışı...

 

Nikolay öldürdüyü qadınların ətindən pul qazanmaq qərarına gəlir. O, qurbanlarının bud və əzələ ətindən hissələri kəsərək at əti adı ilə Özbəkistandakı yeməkxanalara paylayır. Yaxşı “pul qazanır”. Çox keçmir ki,  onun bu cinayətinin üstü açılır. Lakin manyak qısa zamanda “yoxa çıxır”. İki il ortalıqda görünmür. Bu müddət ərzində Maqadan şəhərində cinayətlərini davam etdirir.

 

“Ömürlük dəlixana məhbəsi”

 

1989-cu ildə polis Cumqalıyevin axtarışına başlayır. O, Özbəkistanda yanğınsöndürmə bürosunda tapılır. Məlum olur ki, yanğınlar zamanı o, yaralı insanların üzərinə benzin töküb odlayır, sonra söndürürmüş. Bu fakt da öz təsdiqini tapmır. O, ruhi xəstəxanaya qapadılır. Cumqalıyev xəstəxanada 117 məhbusu öldürdüyünü bildirsə də, bu günə kimi heç kəs onun dediklərinə inanmır. Nikolay Cumqalıyev hal-hazırda da dünya miqyasında ən amansız qatillərdən biridir. Onun qətlləri 10-dan artıq kriminal roman yazılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597
avatar

Tural TURAN

Oxşar yazılar