Gələn il Azərbaycan İctimai Televiziya və Radio Yayımı Şirkətinə dövlət büdcəsindən 16 milyon 552 min 800 manat vəsait ayrılması planlaşdırılır. APA-nın məlumatına görə, bu vəsait Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsində nəzərdə tutulub.
İctimai Televiziyaya ayrılan vəsait 2013-cü ildəkindən 14 % çox olacaq.
«Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-yə isə büdcədən 37 milyon 720 min 320 manat və ya 2013-cü ildəkindən 13,4% çox vəsait ayrılacaq.