İTV-nin keçmiş komitə sədri işdən çıxmasının səbəblərinə aydınlıq gətirdi
07 avqust 2013 16:24 (UTC +04:00)

İTV-nin keçmiş komitə sədri işdən çıxmasının səbəblərinə aydınlıq gətirdi

İctimai Televiziya və Radio Yayım Şirkətinin sədri Azad Məmmədov sağlıq durumu ilə bağlı istefa verib. Lent. az-ın məlumatına görə, bununla bağlı A. Məmmədov açıqlama yayıb: “Bir sıra internet portallarında mənim İTV Həmkarlar İttifaqı Komitəsi sədrliyindən uzaqlaşdırıldığım barədə həqiqətə uyğun olmayan informasiya yayılıb. Bu vəzifədən səhhətimlə bağlı yazdığım ərizə əsasında çıxmağım nədənsə təhrif olunmuş, guya şirkət rəhbərliyi tərəfindən bu vəzifədən çıxarılmağım, hətta qovulmağım barədə şaiyə yayılan informasiyanın leytmotivini təşkil edib. Avqustun 6-da komitəyə yeni sədr seçkisi ilə bağlı keçirilən ümumi yığıncaqda baş direktor Cəmil Quliyev və digər əməkdaşlar fəaliyyətimə yüksək qiymət verdilər”.

 

İTV-nin Həmkarlar İttifaqının keçmiş sədri bir daha qeyd edib ki, o işdən çıxan, yaxud çıxarılan əməkdaşların hüququnu müdafiə etdiyi üçün cəzalandırılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Oxşar yazılar