İstilər davam edəcək
28 avqust 2013 12:38 (UTC +04:00)

İstilər davam edəcək

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Bunu Lent.az-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib. O qeyd edib ki, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Avqustun 29-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda 11-16 gecə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki-üç gün ərzində bu cür hava şəraiti davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068

Oxşar yazılar