İsmayıllıda Pilot Məşğulluq Mərkəzi açılıb
01 may 2014 14:28 (UTC +04:00)

İsmayıllıda Pilot Məşğulluq Mərkəzi açılıb

İsmayıllı rayonunda işsiz və iş axtaran vətəndaşların məşğulluğunun həll olunması üçün yaradılan Pilot Məşğulluq Mərkəzinin açılışı olub. Açılışda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da iştirak edib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, S. Müslümov sosial-iqtisadi inkişaf strategiyasında ölkədə məşğulluq imkanlarının artırılmasının və əhalinin layiqli iş yerləri ilə təmin olunmasının mühüm yer tutduğunu bildirib: “Məşğulluq Mərkəzlərinin xidmətlərindən əhalinin daha səmərəli və çevik formada yararlana bilmələri üçün bu xidmətlərin keyfiyyətinin artırılması, işsiz və iş axtaranların əmək bazarına inteqrasiyası, real məşğulluq imkanlarına yiyələnmələri üçün təsirli vasitələrin formalaşdırılması vacibdir. Bununla bağlı olaraq, həmin mərkəzlərin ümumən iş şəraitində, təchizat sistemlərində də məqsədyönlü dəyişikliklər aparılmalı, yüksək səviyyəli informasiya bazası yaradılmalıdır. Məşğulluq Mərkəzləri iş axtaranlar üçün daha əlçatan xidmətlər göstərməlidir. İsmayıllı rayonunda yaradılan pilot mərkəz bu istiqamətdə ilk addımdır”.
 

Pilot Məşğulluq Mərkəzində ərazinin əmək bazarını dolğun şəkildə əks etdirən, eləcə də işsiz və iş axtaranlar barədə məlumatlar yerləşən informasiya bazası mövcuddur. Burada vakant iş yerləri barədə məlumat-informasiya köşkü quraşdırılıb, daimi internet bağlantısı təmin olunub, peşəyönümü məsləhət və psixoloji adaptasiya xidmətlərinin göstərilməsi, iş axtaranlara iş axtarışı texnologiyalarının aşılanması üçün lazımi kabinələr yaradılıb. Mərkəzdə müvəqqəti xarakterli iş axtaran şəxslər üçün Əmək birjası xidməti də göstəriləcək.

 

Mərkəzdə iş axtarışı ilə bağlı təcrübə və informasiyanı könüllü şəkildə bölüşən vətəndaşlar üçün “İş klubu” fəaliyyət göstərəcək.

 

Mərkəz müvafiq avadanlıqlarla, aktiv məşğulluq tədbirləri, peşə standartları, iş axtarışı texnologiyası və s. ilə bağlı maarifləndirici vasitələrlə təchiz olunub.

 

S. Müslümov mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Daha sonra İsmayıllı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34