İsmayıl Ömərov yubileyini keçirməyəcək: <b>“Hələ hazır deyiləm”</b>
20 fevral 2014 17:24 (UTC +04:00)

İsmayıl Ömərov yubileyini keçirməyəcək: “Hələ hazır deyiləm”

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin sabiq baş direktoru İsmayıl Ömərovun 60 yaşı tamam olur. Lent.az İ. Ömərovun ad gününü keçirib-keçirməməyi ilə maraqlanmaq üçün özü ilə əlaqə saxlayıb. Sabiq baş direktor Lent.az-a açıqlamasında bildirib ki, ad gününü keçirmir: “Qərara almışam ki, ad gününü başqa vaxt keçirim”. Bunun səbəbini soruşduqda İ. Ömərov “hələ hazır deyiləm”-deyə, cavab verib.

 

Qeyd edək ki, İ. Ömərov 1954-cü il fevralın 20-də Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olub.

1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlayıb. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçib. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və. s teleserialların müəllifi və aparıcısı olub. 90-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrin televersiyaların araşdırıcısıdır.

Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnib.

2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olub.

2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaradıb.

"Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 567

Oxşar yazılar