Türkiyədə İŞİD terror təşkilatına qoşulmaq üçün Suriyaya gedən 20 nəfər jandarm əməkdaşları tərəfindən saxlanılıb.
APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi internet səhifəsində xəbər yayılıb.
“Kilis vilayəti Elbəyi rayonunun Aşağıbəylərbəyi kəndindən daxil olan məlumat əsasında reyd keçirilərkən bir mikroavtobus içində İŞİD-ə qoşulmaq üçün Suriyaya keçmək istəyən 20 nəfər saxlanılıb. Faktla bağlı istintaq başladılıb” - deyə Baş Qərargahın açıqlamasında bildirilir.