İSESKO-nun Milli Komissiyaları Baş katiblərinin regional iclası keçirilir
22 oktyabr 2013 10:44 (UTC +04:00)

İSESKO-nun Milli Komissiyaları Baş katiblərinin regional iclası keçirilir

Bu gün Bakıda İSESKO-nun Asiya regionu ölkələri üzrə Milli Komissiyaları Baş katiblərinin regional iclası öz işinə başlayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Tədbirin əsas məqsədi İSESKO-nun təhsil sahəsində gələcək siyasətinin, həyata keçiriləcək proqramlarının və iş metodlarının, həmçinin, Milli Komissiyaların İSESKO ilə əməkdaşlığının genişləndirilməsi, bu təşkilatın Milli Komissiyaları arasında təcrübə mübadiləsi və digər məsələlərin müzakirəsidir.

 

İclasda İSESKO-ya üzv olan 6 ölkənin, o cümlədən Azərbaycan, Banqladeş, İndoneziya, Maldiv Respublikası, Pakistan və Tacikistanın, habelə İSESKO-nun nümayəndələri iştirak edirlər. Regional iclas oktyabrın 24-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar