İşə qəbul olan müəllimlər barədə nazirliyə rəsmi məlumat veriləcək
05 dekabr 2013 11:36 (UTC +04:00)

İşə qəbul olan müəllimlər barədə nazirliyə rəsmi məlumat veriləcək

Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticəsi barədə təhsil naziri əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən,  28 noyabr 2013-cü il tarixdə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş əlavə yerləşdirmənin nəticələri təsdiq edilib.

Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) və ümumi təhsil müəssisələrinin rəhbərlərinə 5 gün müddətində müsabiqə nəticəsində işə qəbul olunan müəllimlərin sənədlərini yoxlayıb, onlarla əmək müqavilələrinin bağlanmasını təmin etmək tapşırılıb.

Təhsil Şöbələri həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 və H2) işə qəbul olunanlar üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etməli, əmək fəaliyyətinə başlamaları ilə əlaqədar müraciət etdikləri problemlərin həll edilməsində onlara köməklik göstərməlidirlər.

 

Yeni işə qəbul edilmiş ibtidai və V-VI siniflərdə dərs deyəcək müəllimlərin fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlbini təmin edilməsi də tapşırılıb.

Təhsil Şöbələri həmçinin, işə qəbul olunaraq pedaqoji fəaliyyətə başlayan müəllimlər barədə dekabrın 10-dək Təhsil Nazirliyinə rəsmi məlumat təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət Aparat rəhbərinin müavininə həvalə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar