İşdən çıxarılınan icra başçısının müavininə yeni vəzifə verilib. Lent.az-ın “qafqazinfo”-a istinadən məlumatına görə, ötən il oğlunun törədiyi avtomobil qəzasına görə işdən cıxarılan Tərtər rayon icra başcısını birinci müavini Vidadi Bəylərova yeni vəzifə verilib. O, rayona yeni icra başcısı təyin edilən Müstəqim Məmmədovun tələbə yoldaşı olan Vidadi Bəylərov Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edilib. Köhnə rəis isə Kürdəmir rayon Telekommunikasiya qovşağına rəis gedib.
Qeyd edək ki, V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərli ötən il avtomabil qəzası törədib və bir nəfərin ölümünə səbəb olmuşdu. Bu fakta görə V. Bəylərov işdən çıxarılmışdı.