İranın həyatında türklərin yeri İstanbulda müzakirə edilib
08 fevral 2014 23:07 (UTC +04:00)

İranın həyatında türklərin yeri İstanbulda müzakirə edilib

İstanbulda «Avrasiya Bir Vəqfi»nin təşkil etdiyi «İranın siyasi və mədəni həyatında İran türklərinin yeri» mövzusunda  toplantı keçirilib. APA-nın məlumatına görə, tədbirin  açılışında çıxış edən Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Ömər Özkaya deyib ki, İran Ermənistana dəstək verməklə Türkiyə ilə türk dünyası arasında hörülən divarın qalınlaşmasına kömək edir.  «Ona görə də biz İrandan bu siyasətini gözdən keçirməsini tələb edirik”, deyə  Ömər Özkaya bildirib.

 

Toplantının əsas məruzəçisi, Ərzurumdakı Atatürk adına universitetin professoru, 6 cildlik “İran türklərinin  ədəbiyyatı” antologiyasının müəllifi Əli Qafqasyalı Səfəvi xanədanlığının Türkiyədə “İran dövləti” kimi xarakterizə edilməsinə etirazını bildirərək Şah İsmayıl Xətainin bir türk imperatoru olduğunu vurğulayıb. Professor Qafqasyalı deyib ki, Yavuz Sultan Səlimlə Şah İsmayıl Xətainin savaşı türk tarixində bu gün də silinməyən arzu edilməz izlər buraxıb. “Bundan sonrakı mərhələdə türk birliyinə nail olmaq üçün biz bu acı tarixdən düzgün nəticələr çıxarmalıyıq”, deyə professor Əli Qafqasyalı bildirib. İrana səfərləri zamanı kameraya aldığı aşıq ədəbiyyatı nümunələrindən və bəzi xalq mərasimlərindən fraqmentləri toplantı iştirakçılarına təqdim edən professor Əli Qafqasyalı, araşdırmalarına davam etmək üçün bundan sonra da İrana səfərlərə gedəcəyini bildirib. Toplantının sonunda professor Qafqasyalı iştirakçıların suallarını cavablandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1807

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20