
İqtisadi fəal əhalinin sayı açıqlandı - RƏSMİ
2019-cu il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5151,6 min nəfər olub, onlardan 4898,5 min nəfərini isə məşğul əhali təşkil edib.
Lent.az məlumat verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Hesabatda bildirilib ki, bu il mayın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1583,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 895,7 min nəfər, qeyri-dövlət sektorunda isə 687,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1548,9 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,2 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 21,2 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 3,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1,0 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Oxşar yazılar

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək
14 iyul 2025 , 00:02
Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət
13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB
13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz
13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA
13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər
13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35