Mayın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində “qaynar xətt” fəaliyyətə başlayıb. Bu barədə Lent.az-a ali məktəbin mətbuat xidmətindən məlumat verilib.
“Qaynar xətt”lə əlaqə saxlamaq üçün Təhsil Nazirliyinin 146 “qaynar xətt”ini, sonra azərbaycan dili üçün 1 düyməsini və operatorun sizə təklif etdiyi 3 nömrəsini yığmaq lazımdır.
“Qaynar xətt”in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir.
ADİU-nun “qaynar xətt”i həftə içi hər gün saat 09.00-dan 18.00-dək bütün zəngləri qəbul edir.