İnsan alverinin qurbanı olan uşaqlar pulsuz təhsil alacaqlar
14 fevral 2014 11:41 (UTC +04:00)

İnsan alverinin qurbanı olan uşaqlar pulsuz təhsil alacaqlar

İnsan alverinin qurbanı olmuş uşaqların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması təmin olunacaq. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Belə ki nazirlik aidiyyatı mərkəzi icra hakimiyyəti orqanı ilə birgə insan alverinin qurbanı olmuş uşaqların sosial  müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata  keçirəcək.

 

Bununla bağlı olaraq Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası  üzrə Proqram”ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb.

 

2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və  ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istiqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 503

Oxşar yazılar