İndiyədək Bayılda 14 sürüşmə qeydə alınıb - YENİLƏNİB
14 may 2014 17:05 (UTC +04:00)

İndiyədək Bayılda 14 sürüşmə qeydə alınıb - YENİLƏNİB

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirilib.

 

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov “Bayıl sürüşmə zonasında aparılmış elektrik kəşfiyyatı tədqiqatlarının yeni nəticələri” adlı məruzə ilə çıxış edib. O bildirib ki, indiyədək Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb: “Sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəyib”.

 

Ə.Salmanov əlavə edib ki, ekzogen geoloji proseslərdən (EGP) olan sürüşmələrin öyrənilməsi həmişə olduğu kimi, bu gün də aktual məsələlərdən biridir. O bildirib ki, Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılıb. Onun sözlərinə görə, 2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində geoloji kəsiliş 40 m dərinliyə qədər öyrənilib ki, bu da ərazinin geoloji quruluşu haqqında tam məlumat alınmasını qismən təmin edib. 2012-ci ildə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin 100 m dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100 m, müşahidə nöqtələri arasındakı məsafə isə 20 m olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar