Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmiş namizədlərə müraciət edib. Lent.az-ın məlumatına görə, TQDK martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.
İmtahan nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.