İmişlidə səyyar “ASAN Xidmət”
17 oktyabr 2013 10:44 (UTC +04:00)

İmişlidə səyyar “ASAN Xidmət”

İmişli rayonunun ümumi sayı 115000-dən çox olan sakini oktyabrın 23-dək səyyar “ASAN  Xidmət”dən yararlana biləcək. Bu barədə Lent.az-a Xidmətdən məlumat verilib. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Xatırladaq ki, səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

İndiyədək səyyar “ASAN Xidmət” çərçivəsində  15 məntəqədə 27  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN Xidmət”in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 916

Oxşar yazılar